Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dondurulmuş qida təhlükəlidir – XƏBƏRDARLIQ

Dondurulmuş qida təhlükəlidir – XƏBƏRDARLIQ
Sakura

Dondurulmuş qida təhlükəlidir – XƏBƏRDARLIQ

Soyuq depolar və ət kəsim mərkəzləri koronavirusun yayılması üçün əlverişli mühit yaradır..

Ens.az Foodinfo.az-a istinadən xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq ediblər.

Honkonq Universitetinin Biostatistik və Epidemiologiya bölməsinin rəhbəri Benjamin Koulinq virusun dondurulduqda belə ölmədiyini bildirib. Onun sözlərinə görə, bu hal infeksiyanın donmuş qidalar vasitəsi ilə yayıla bilməsinin mümkünlüyünü göstərir.

Bununla belə, mütəxəssis bu yolla koronavirusa yoluxma ehtimalının az olduğunu bildirib.

“Qidanın donu açıldıqdan sonra kiminsə əlinə dəyməli və həmin adam da əlini burnuna və ağzına aparmalıdır ki, yoluxma baş versin. Düşünürəm ki, bu yolla yoluxma ehtimalı azdır, ancaq mümkündür”, – o deyib.

Yeri gəlmişkən qeyd edək ki, Braziliya və Ekvadordan Çinə idxal edilən bəzi dondurulmuş qida məhsullarında COVID-19 təsbit edilib. Bununla əlaqədar olaraq Pekin bəzi məhsulların  ölkəyə idxalını dayandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR