Slimfit
  1. AZƏRBAYCAN

Doğuma görə birdəfəlik müavinətlə bağlı yenilik

Doğuma görə birdəfəlik müavinətlə bağlı yenilik
Sakura

Doğuma görə birdəfəlik müavinətlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması sürətləndirilir.

Pensiyaların avtomatlaşdırılmasından sonra yeni doğulan körpələrə görə verilən birdəfəlik müavinətlərin təyinatının avtomatlaşdırılması həyata keçiriləcək.

Nazirliyin sektor müdiri Babək Hüseynov qeyd edib ki, sözügedən təyinatın avtomatlaşdırılmasından sonra valideynlərin işi xeyli asanlaşacaq.

Bu məqsədlə valideynlər nazirliyin sosial müavinətlər alt sisteminə elektron qaydada müraciət edəcəklər. Hazırda müxtəlif qurumlarla əlaqəli şəkildə proqram təminatı üzərində işlər gedir.

Sektor müdiri vurğulayıb ki, sistem bir neçə aydan sonra istifadəyə veriləcək.

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR