Slimfit
  1. AZƏRBAYCANLI

Doğum gününüz mübarək, Rumiyyə xanım!

Doğum gününüz mübarək, Rumiyyə xanım!
Sakura

Doğum gününüz mübarək, Rumiyyə xanım!

Cəsarət insana xasdır, içdən gəlir, beşiyi ruhdur. Ruhən cəsarətli olmayan bir kimsə nə qədər elmli, bacarıqlı olsa da cılız görünər. Yetişər, amma ziyalı olmaz. Bu keyfiyyət qələm əhlində olanda isə sahibini sevdirər, daha əzəmətli göstərər. O da cəsarətlidir, hər sözü arxasıyca həqiqəti çəkir, yükü haqqdır. İstəyir ki, övladları qanunun ali olduğu ölkədə böyüsünlər, yüksək təhsilə yiyələnməyə şərait və imkanları olsun. Normal cəmiyyətdə yaşasınlar. Hüquqları tapdalanmasın…

Deyir ki,- "İran İslam Respublikasına vaxtaşırı müalicəyə gedirəm. Məndən soruşurlar, bu qədər acizsiz ki, bir ovuc erməniylə bacara bilmirsiz? Zaman-zaman torpaqlarınızı işğal ediblər, hələ də layiqli cavablarını verməmisiz"…

Haqqında söhbət açdığım Rumiyyə Miraslan 1999-cu ildə 281 nömrəli orta məktəbi bitirib. 2003-cü ildə isə Bakı Qızlar Universitetində jurnalist ixtisasına yiyələnib. Eyni zamanda Təhsil nazirliyinin "Sənətkar" jurnalında yarımştat müxbir işləyib. 2003-2004-cü illərdə Bələdiyyə İşçilərinin Həmkarlar Təşkilatında ictimai əlaqələr şöbəsinə rəhbərlik edib. 2004-2015-ci illərdə "Bələdiyyə həyatı" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. Həmçinin 2009-2015-ci illərdə Hövsan bələdiyyəsində iqtisadçı işləyib. 2014-2018-ci illərdə işdən ayrılmadan Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakultəsində ikinci ali təhsil alıb. 2015-ci ildən sosial mediada çalışır. Əvvəlcə "Moderator.az" saytının baş redaktorunun müavini olsa da, hazırda "AYNA.AZ" saytında işləyir…

…Atası Miraslan Tağızadə ixtisasca əczaçıdır. Anası Asudə xanım isə xalq təbabəti ilə məşğuldur…

Deyir ki,- "Azərbaycan jurnalistikası günbəgün tənəzzülə uğrayır. Mütəxəsis qıtlığı yaranıb. Kim necə istəyir, yazır. Jurnalistəm, deməyə utanıram. Artıq özümü jurnalist kimi görmürəm. Yəqin ki, tezliklə ikinci ixtisasım üzrə çalışmağa qərar verəcəyəm"…

İstifadəyə yararsız əşyalardan nəsə düzəltməyi, onlara ikinci həyat verməyi xoşlayır. Yeniyetmə vaxtlarında üç il saz kursalarına getdiyi üçün, bu musiqi alətində ifa etməkdən zövq alır. Söylədiyinə görə saz havalarını, xüsusən də "Ruhani"ni dinləyəndə hisslərini cilovlaya bilmir, gözləri yaşarır…

…Ömür-gün yoldaşı Filman Şabiyev ixtisasca mühəndis-mexannikdir. Neft-Qaz sənayesində şalışır. İki övladı vardır. Qızı Zəhra xanım 13, oğlu Məhəmməd bəy isə 11 yaşlarındadırlar…

Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək xeyli köşə yazıları, esselər, uşaq nağılları və felyetonlar qələmə alıb. Nə vaxtsa onları bir kitabda toplayacağı barədə hələ düşünməsə də, inanırıq ki, bunu edərsə gözəl bir kitab ərsəyə gətirə bilər. Nə isə, mayası halallıqla yoğrulmuş bu istedadlı xanımın əməllərini müşahidə edərkən də, onunla həmsöhbət olarkən də bir daha əmin oldum ki, doğrudan da cəsarətli qadın böyük qüvvədir…

İyulun 4-ü Rumiyyə xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, qadın xoşbəxtliyi arzulayıram.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR