Doğum gününüz mübarək, Fəzail müəllim!
Deyir ki,- "Əgər bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"- bunu ancaq abırlı insanlar düşünə bilər. Bizdə belələrinə "imam kimi kişidir", deyirlər…
Onun dilindən heç zaman kobud söz eşidən olmayıb- yüksək mədəniyyətin beşiyi daxili zənginlikdir…
Hadisələri düzgün təhlil etmək qabliyyəti vardır- bunu yalnız müdrük insanlar bacarır…
Ötkəmdir- deyilən kəlmə Haqqdan gəlirsə, hər bir səddi aşıb ünvanına yetişəcək…
İstənilən mövzuda söhbət etməyi bacarır- dərin düşüncəyə, geniş təfəkkürə malikdir...
Yeri gələndə polad kimi sərt, yeri də gələndə mum kimi yumşaq olur- imanının göstəricisidir…
Ucqar bir rayonun əlçatmaz dağ kəndində dünyaya gəlib. Zəhməti, əzmkarlığı ilə elmlər doktoru, professor səviyyəsinədək yüksəlib. Və ən əsası özüylə gətirdiyi dağ əzəmətini, çeşmə saflığını bu günədək qoruya, saxlaya bilib...
Professor Fəzail İbrahimli təkcə alim deyil, dövlətçiliyin təəssübünü çəkən, mənəvi dəyərlərimizə sahib çıxmağı bacaran, dövlət atributlarına qarşı çıxanlara məntiqlə cavab verən aydınlarımızdandır…
Onun Milli Məclisdə himnimizə qarşı çıxanlara tutarlı cavabı, buna bariz nümunədir. Bir neçə bənddən ibarət olan himnimizi dörd hissəyə bölüb elə təhlil etdi ki, necə deyərlər, bunu hər döşünə döyən filoloq ifadə edə bilməzdi. O, milyonlarla insanın etirazını çox yüksək səviyyədə çatdıra bildi…
Ümumiyyətlə, Fəzail müəllim Milli Məclisdə xalqı düşündürən, xalqı narahat edən problemlər haqqında tez-tez danışır. Biz həmin çıxışların yalnız bir hissəsini "sehirli qutudan" yayımlanan fraqmenlərdə görürük…
İnsanlığın bir zirvəsi var, Fəzail müəllim ruhən, qəlbən, davranışı, əməlləri ilə həmin zirvəyə yüksələ bilib. Dünya yaranannan üzü bəri yaxşı insanlar çox gəlib-gedib və onların bir missiyası olub- yaxşı əməlləri nəsildən nəsilə ötürmək…
Bəli, o, ucqar bir dağ kəndində dünyaya gəlib. Sözü, əməlləri ilə bütöv bir ölkənin məhəbbətini qazanıb. İnsanların qəlbinə bir parllaq aydın kimi yol tapa bilib. Və ən başlıcası, Azərbaycan deyiləndə ayağa qalxmağı bacarır...
Aprelin 12-si Fəzail İbrahimlinin doğum günüdür. Onu Corc Vaşinqtonun vətəni uzaq Amerikadan təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayırıq.
68 yaşınız mübarək, Fəzail müəllim!
Müəllif: Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət