Slimfit
  1. CƏMİYYƏT

DMX: Aprelin 30-dək müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmayacaq

DMX: Aprelin 30-dək müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmayacaq
Sakura

DMX: Aprelin 30-dək müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmayacaq

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda tətbiq edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib.

"Report" xəbər verir ki, bunu DMX-nin rəisi Vüsal Hüseynov bildirib.

O, Miqrasiya Xidmətləri ilə bağlı aşağıdakı 4 məsələnin nəzərə alınmasını xahiş edib: "Birincisi, aprelin 30-dək edilən müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmur (elektron müraciət zamanı bu sənədlərin əslinin skan olunaraq sistemə yüklənməsi kifayət edir).

İkincisi, yaşama icazələrinin alınması zamanı tələb olunan fotoşəkii mobil telefonla çəkilib müraciətə əlavə edilə bilər. Ümumi olaraq elektron müraciət zamanı skanner olmadığı təqdirdə telefonun kamerası, göstəriciləri imkan verirsə, sənədlər telefon vasitəsilə çəkilib göndərilə bilər.

Üçüncüsü, yaşama icazələrinin alınması zamanı müvafiq razılıq ərizələrinin tarix göstərilməklə ev şəraitində əl ilə yazılıb imzalanması kifayət edir.

Dördüncü, mövcud vəziyyət aradan qalxdıqdan sonra yalnız bəzi sənədlərin notarial təsdiqi Sizdən tələb oluna bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR