Dərc edildi: Baxış sayı: 456
Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib”
“Ötən il Rusiyaya kiberhücumlardan 600 milyard rubl (təxminən 9,2 milyard dollar – “Report”) ziyan dəyib”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Dmitri Medvedev Moskvada “İnnovasiya açılşı -2018” Beynəlxalq Forumda bildirib.
Hökumət başçısı bildirib ki, ekspertlərin hesablamalarına görə 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trilion dollar məbləğində ziyan vurub. Onun sözlərinə görə, bunun 600 milyard rubl məbləğində ziyan dəyib: “Bu iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət