Slimfit
  1. MARAQLI

Dişlərin saralmasının 5 səbəbi

Dişlərin saralmasının 5 səbəbi
Sakura

Dişlərin saralmasının 5 səbəbi

Güzgüdə dişlərimizin saraldğını görəndə hansı hissləri keçiririk, paylaşaqmı? Yox, yaxsısı budur, dişlərimizin saralmasının 5 səbəbindən danışaq. Necə olur ki, ağappaq mina qatı nazilir və dişlər saralır?

1-ci səbəb

Turşu tərkibli müxtəlif vasitələrlə ağızı tez-tez yaxalamaq zərərlidir. Ağız suyu özü diş üçün lazımi fermentlərlə zəngindir, artıq turşunu və qida qalıqlarını özü yuyur.

2-ci səbəb

Siz çoxlu turş tərəvəz və meyvə yeyirsiniz. Onlar təbii ki, orqanizm üçün faydalıdır. Lakin sirkə turşusu əlavə olunmuş pomidor salatı yeyib, həm də qırmızı şərab içirsinizsə, dişlərinizin saralması ehtimalı ortaya çıxır. Odur ki, bu qidanı qəbul edəndən sonra üstündən adi su için.

3-cü səbəb

Müxtəlif qazlı sular, çay və kofe də dişlərinizin saralmasına səbəb ola bilər. Onları ya sürətlə, ya da plastik çubuqlarla için.

4-cü səbəb

Siqaret. Siqaret və tənbəkinin tərkibindəki kimyəvi maddələr dişin mina qatını, damağı zədələyir, həmçinin ağız suyu ufrazını azaldır.

5-ci səbəb

Çox adam ağız gigiyenasına əməl etməli olduğunu tamamilə unudur. Dişlərin səhər və axşam təmizlənməsi ilə yanaşı, diş təmizləyicilərdən və diş saplarından istifadə olunmalıdır. Yeri gəlmişkən, dişləri keyfiyyətli məcunla, fırçanı dişə möhkəm sıxmadan yaxşı təmizləmək lazımdır, əks halda yalnız dişin mina qatını yuyub naziltmiş olacaqsınız.

Hə, bir də ildə iki dəfə stomatoloqa getməyi yaddan çıxarmayın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR