Slimfit
  1. MARAQLI

Dırnaqlarda göbələyin xalq təbabəti vasitələri ilə müalicəsi

Dırnaqlarda göbələyin xalq təbabəti vasitələri ilə müalicəsi
Sakura

Dırnaqlarda göbələyin xalq təbabəti vasitələri ilə müalicəsi

Bu çox yayılmış problemdir. Göbələyin təsirindən dırnaqlar qalınlaşır, ovulur, saralır, dəri qaşınır, ayaqlardan pis qoxu gəlir. Bu da, təbii ki, ciddi kosmetoloji qüsur yaradır.

Dırnaqda göbələyi müalicə etmək üçün daxilə həkim təyin etdiyi xüsusi göbələk əleyhinə preparatları qəbul etmək lazımdır. Yalnız bu halda göbələk infeksiyasından yaxa qurtarmaq mümkün olacaq. Bu bütün dünyada təsdiq olunmuş müalicə metodudur. Bununla yanaşı köməkçi vasitə kimi xalq təbabəti vasitələrdən istifadə edə bilərsiniz.

Bu vasitələr arasında:

- Yod məhlulu

Bu vasitə göbələklə mübarizədə çox yaxşı kömək edir. 2 həftə ərzində səhər və axşam zədələnmiş dırnağa yod çəkin. Ayaqlar təmiz və quru olmalıdır.

- Sarımsaq

Sarımsaq tanınmış göbələk əleyhinə vasitədir. Axşam yatmazdan əvvəl ayaqları yaxşı yuyun, qurulayın və zədələnmiş dırnağa əzilmiş sarımsaq dilimi qoyub sarıyın. Bu sarığı səhərə qədər saxlamaq lazımdır.

- Propolis

Kiçik ölçüdə propolis tikəsi sütrgəcdən keçirilir. 1 x.q. propolisin üzərinə 1 stəkan araq tökün və 1 həftə sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq vasitəni qarışdırmaq lazımdır).  Sonra məhlulu süzün və gündə 2 dəfə zədələnmiş dırnağın üzərinə çəkin.

- Alma sirkəsi ilə vannalar

1/3 stəkan təbii alma sirkəsinin üzərinə 2 stəkan isti su əlavə edin və ayaq vannaları edin. Belə vannalar ayaqların həddindən artıq tərləməsini, ayaq qoxusunu aradan qaldırır.

- Soda ilə ayaq vannaları

1 x.q. soda 1/2 l suya əlavə olunur. Səhər və axşam vannalar edin.

- Dəmrovotu dəmləməsi, şirəsi, yağı (apteklərdə satılır)

Dəmrovotu bir çox dəri problemlərinin çarəsidir. Müalicə zamanı dəmrovotu şirəsi, yağı və dəmrovotu dəmləməsi istifadə olunur. 1 x.q. dəmrovotu 1 stəkan isti suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və vannalar üçün istifadə olunur.

- Qıtığotu kökü (rus dilində "xren")

Qıtığotu kökünün kiçik hissəsi sürtgəcdən keçirilir, zədələnmiş dırnağa qoyulur, bintlə bərkidilir. Bunu 2 həftə ərzində edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR