Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Diqqət: Hər maska koronavirusdan qorumur - Ehtiyatlı olun

Diqqət: Hər maska koronavirusdan qorumur - Ehtiyatlı olun
Sakura

Diqqət: Hər maska koronavirusdan qorumur - Ehtiyatlı olun

Dünyanı öz təsiri altına alan koronavirusundan qorunmaq üçün maska ​​taxmaq məcburiyyətində olsaq da, mütəxəsssislər hər maskanın ​​virusa qarşı təsirli olmadığı açıqlayıb.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, maskaların insanları virusdan təxminən 95 faiz qoruya biləcəyi bildirilir. Digər tərəfdən indi bəzi vətəndaşlar müxtəlif materialdan hazırlanan parça maskalarından istifadə edirlər. Ancaq bu maskaların virusa qarşı necə qoruduğu sual altındadır.

Amerika Birləşmiş Ştatlarının Duke Universitetindən bir qrup tədqiqatçı bazardakı hər maskanın insanı COVID-19-dan qorumadığını açıqlayıb. Araşdırma zamanı N95 maskası ilə yanaşı 13 növ maskanın üzərində tədqiqatlar aparılıb. Tədqiqat aparılan 14 növ maskanın hər biri qara qutuda lazer və kamera dəstəyi ilə 10 dəfə sınaqdan keçirilib.

Tədqiqat qrupunun rəhbəri Erik Uestman bildirib ki, virus hissəcikləri asqıranda, öskürəndə, mahnı oxuyanda, qışqıranda və danışanda daha tez insandan insana keçir: “Virus əsasən görünməyən damlalar vasitəsilə yayılır. İnsanların 40 faizi çöldə gəzərkən virusa bu damlacıqlar vasitəsilə yoluxur, lakin bunun fərqində belə deyillər. Bu səbəbdən hər kəs həm özünü qorumaq, həm də daşıyıcı olmamaq üçün maska ​​istifadə etməlidir. Hər kəs bir maska ​​istifadə edərsə, koronavirusun ötürülmə sürətini 99 faiz dayandırmaq olar. Vaksinlər və ya antiviral dərmanlar meydana gəlməzdən əvvəl özümüzü yalnız bu şəkildə qoruya bilərik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR