Dərc edildi: Baxış sayı: 617
Son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi yüksəlib
Bu gün Bakının bir neçə rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi yüksəlib. Bununla əlaqədar olaraq Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət