Slimfit
  1. AZƏRBAYCAN

“Diqlas”da zərərçəkənlərə bank kartları verildi

“Diqlas”da zərərçəkənlərə bank kartları verildi
Sakura

“Diqlas”da zərərçəkənlərə bank kartları verildi

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Agentliyində “Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərərçəkmiş bir qrup sahibkarlara bank kartlarını təqdim edib. 

Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən nazir bildirib ki, qurum tərəfindən işçi qrup yaradılıb.

“Nazirlik fasiləsiz rejimdə fəaliyyət göstərib. 441 sahibkarla görüşülüb. Maddi yardımın ödənilməsi qaydaları razılaşdırılıb. Dünən 93 sahibkardan maddi yardım alınması ilə bağlı bizə müraciət daxil olub. Onlardan 57-nə maddi yardım ödəniləcək. Bu da 570 min manat pul deməkdir. Qalan 36 müraciətlə bağlı da araşdırma aparılır. Sabah isə yanğın olan ərazidə inventarlaşma aparılacaq. 20 sahibkar şəhərin başqa yerlərində öz işlərini davam etdirirlər”, - deyə Ş. Mustafayev qeyd edib.

Günel Türksoy

Fotolar: Nuran Məmmədov

 



 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR