Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib
“Bu il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə 550-dən artıq tədbir keçirib”.
“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdeyib.
O bildirib ki, tədbirlərin məqsədi vətəndaşların, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli maraqlara zidd ideoloji təlimlərin yayılmasının qarşısını almaqdır.
M.Qurbanlının sözlərinə görə, 45 minə yaxın insanın iştirak etdiyi bu tədbirlərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq-mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət