Dərc edildi: Baxış sayı: 523
'Dinamo' Ramil Şeydayevə görə CAS-a müraciət edəcək
Rusiyanın "Dinamo" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırdır.
"Report" Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmır.
Paytaxt klubu qərarın əsaslanmasını gözləyir və daha sonra CAS-a müraciət edəcək. "Dinamo" həmçinin yeni futbolçuları qeydiyyatdan keçirilməsi qadağasında kritik bir şeyin olmadığını düşünür.
Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət