Slimfit
  1. MEDİA

Hacı Şahin silahlanan erməni keşişlərdən danışdı

Hacı Şahin silahlanan erməni keşişlərdən danışdı
Sakura

Hacı Şahin silahlanan erməni keşişlərdən danışdı

“Günahsız insanların qətlə yetirilməsi bütün dinlərdə qadağan olunmuş əməldir. Döyüş əməliyyatları gedən ərazidən kənar bölgələrin atəşə tutulması beynəlxalq hüquq normalarına, elementar insani prinsiplərə və dini qaydalara ziddir”.

Bu barədə Metbuat.az-a “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli danışıb. O təəssüflə vurğulayıb ki, Ermənistanda din xadimləri silaha sarılaraq, şəkil çəkdirib insanları döyüşə təşviq edir:

“Ermənistan rəhbərliyi hətta dindən də çirkin əməllər üçün istifadə edir. Xristian din xadimi bizimlə görüşdə bildirdi ki, din xadimlərinin təcavüzə dəstək vermək üçün silaha sarılması günahdır. Biri var haqqın, ədalətin yanında olasan, biri də var təcavüzkarlığı dinlə əsaslandırasan. Çox təəssüf ki, Ermənistan rəhbərliyi hətta dindən də öz çirkin əməlləri üçün istifadə etməkdən çəkinmir. Oradakı din xadimləri əməlləri pisləmir, əksinə, dəstək olaraq insanları təcavüzkarlığa təşviq edirlər. Bunu edərək öz dinlərinin də prinsiplərini kobud şəkildə pozurlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR