Dərc edildi: Baxış sayı: 516
DİN-ə yeni səlahiyyət verildi - Bu şəxsləri cərimələyəcəklər
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.
Bu barədə prezident İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanında qeyd olunub.
Dəyişikliyə əsasən, Azərbaycanda taksidə siqaret çəkənlər DİN əməkdaşları tərəfindən cərimələnəcək.
Cərimənin məbləği 40 manatdan 50 manata qədərdir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət