Slimfit
  1. CƏMİYYƏT

DİM sədri: "I qrupda 250-dən yuxarı bal toplayan hər kəs dövlət sifarişli yerlərə qəbul ola bilər"

DİM sədri: "I qrupda 250-dən yuxarı bal toplayan hər kəs dövlət sifarişli yerlərə qəbul ola bilər"
Sakura

DİM sədri: "I qrupda 250-dən yuxarı bal toplayan hər kəs dövlət sifarişli yerlərə qəbul ola bilər"

“I qrupda 14924 plan yeri var. Bu yerlərdən 200-ü, yəni 50 yer Moskva Dövlət Universiteti, 150 yer Azərbaycan-Fransız Universitetinə veriləcək, həmin şəxslər əlavə imtahan verib müsabiqədən sonra həmin universitetlərə qəbul olacaqlar”.

Ens.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bu yerlər dövlət sifarişli yerlərdən həmin universitetlərə veriləcək. 2-ci imtahandan sonra qəbul olanların siyahısı bizə veriləcək və onların ümumi ixtisas seçimində iştirak hüququ olmayacaq: “I qrupda 200 baldan yuxarı bal toplayan 10043 nəfər 14724 yerə iddiaçıdır. 250-260-dan yuxarı bal toplayanlar 9162 nəfər olub. I qrup üçün 9090 dövlət sifarişli yer var. 250 baldan yuxarı olan hər kəs dövlət sifarişli yerlərdə özü üçün yer tuta bilər. Qalanların şansı olsa da, bu şans azdır. Burada 5179 nəfər subbakalavr da var, 200 balıq ixtisas seçiminə onlar da qoşulacaq. Onlar qəbul ola bilmək üçün ilk olaraq özəl ali məktəblər və regionlarda ixtisası seçməlidir. 150 baldan yuxarı bal toplayan 15573 nəfərdir, burada ixtisas yeri daha azdır. Subbakalavrlar da əlavə olunsa, 14724 yerə 20552 nəfər iddiaçı edir. Keçən ilki müsabiqə vəziyyətini gözləyirik. I qrupda verilən plan yerləri 1,96% azalıb, 299 yer təşkil edir. Yeni ixtisaslar da var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR