Dərc edildi: Baxış sayı: 429
DİM magistraturaya qəbul qaydalarını dərc edib
“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, nəşrdə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində çap edilib.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət