Slimfit
  1. CƏMİYYƏT

DİM doktoranturaya qəbul imtahanı verəcək namizədlərə müraciət edib

DİM doktoranturaya qəbul imtahanı verəcək namizədlərə müraciət edib
Sakura

DİM doktoranturaya qəbul imtahanı verəcək namizədlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı verəcək namizədlərə müraciət edib.

Mərkəzdən Trend-ə bildirilib ki, yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcək. Artıq namizədlərin imtahanda iştirak etmək üçün qeydiyyatı başa çatmış, 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçmişdir.

Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatını (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. 2020-ci il yanvarın 13-dən 15-dək olan müddət ərzində DİM-ə sertifikatını təqdim etmiş 35 namizəd xarici dil imtahanından azad olunmuşdur.

Namizədlərin xarici dil imtahanı ərəfəsində öz bilik səviyyələrini yoxlamalarına imkan yaratmaq məqsədilə yanvarın 18-də doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilən elektron sınaq imtahanında namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazmışlar. İmtahanda iştirak edən 307 namizəddən 139 nəfəri (45,3% i) yazı blokuna qoyulan 20% minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə etmişdir. Təəssüf ki, sınaq imtahanı iştirak çılarından 171 nəfəri (55,16% i) yazı bloku üzrə minimal tələbi ödəyə bilməmiş və ya esseni ümumiyyətlə yazmamışdır. Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal (10 bal) toplamış, 3 nəfəri 9.5 bal, 1 nəfəri isə 9 bal nəticə əldə etmişdir. Ümumilikdə 67 nəfər (21,61%) yazı bloku üzrə 50% və ya daha yuxarı nəticə əldə edə bilmişdir. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazmış, bəziləri mövzudan kənara çıxmış, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazmışlar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməmişlər:

"Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır. Xatırladırıq ki, namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün qəbul imtahanında da sınaq imtahanında olduğu kimi oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar), yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim ediləcək. İlk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar. İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR