DİM: Bu il buraxılış imtahanın nəticələri ötən illə müqayisədə yüksəkdir
"Ötənilki buraxılış imtahanının nəticələri 2020-ci illə müqayisədə daha yüksəkdir".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, buna səbəb bu il üçün buraxılış imtahanlarında açıq sualların sayının 50 faiz azaldılmasıdır: "Bəlkə ona görə də, nəticələr daha yüksək idi. Bəlkə də, şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox idi. Statistik göstəricilərdə nəticələri müqayisə etdikdə görürük ki, təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkilinə gəlincə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət