Slimfit
  1. TƏHSİL VƏ KARYERA

DİM: 68 891 abituriyent ərizəsini təsdiq edib

DİM: 68 891 abituriyent ərizəsini təsdiq edib
Sakura

DİM: 68 891 abituriyent ərizəsini təsdiq edib

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus pandemiyası dövründə fəaliyyət istiqamətlərinə uyğun görülən işlər barədə məlumat yayıb.

Ens.az xəbər verir ki,mərkəzdən "Report"a bildirilib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar DİM-in rəhbərlik və struktur bölmələri arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulmuş müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilib.

Vətəndaşların qəbulu martın 17-dən etibarən dayandırılsa da, müraciətlər 1653 "Çağrı Mərkəzi" vasitəsilə xüsusi proqram təminatından istifadə olunmaqla işçilərin öz evlərindən cavablandırılıb (aprelin 1-dən mayın 8-dək 2200-dən artıq müraciətə cavab verilib). Dövlət İmtahan Mərkəzinin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılıb. Həmçinin vətəndaşların müraciətləri Mərkəzin info@dim.gov.az elektron poçt ünvanı (10500 müraciət daxil olub), DİM-in sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesabları vasitəsilə cavblandırılıb.

Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar, karantin rejimi müddətində psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı yazılar yerləşdirilib. COVID-19 pandeiyası ilə əlaqədar 3 dildə hazırlanan maarifləndirici videoçarxın ölkə kanallarında mütəmadi yayımı təşkil edilib.

Xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Hazırda olan məlumata əsasən, martın 29‑dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 35 265 istifadəçi tərəfindən 104 614 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Bundan əlavə, COVID-19 infeksiyası barədə bilikləri yoxlamaq üçün “COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb otk.az və DİM-in saytına yerləşdirilib.

Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edib. Xüsusi karantin rejimi müddətində müxtəlif fənlər üzrə 240 yeni dərs portala yerləşdirilib.Son 3 ayda portala yerləşdirilimş dərslərə 424 mindən çox baxış sayı qeydə alınıb.

2020-ci il aprelin 21-də koronavirus pandemiyası dövründə Mərkəzin fəaliyyəti ilə əlaqədar onlayn mətbuat konfransı keçirilib.

DİM nəşrlərinin onlayn sifariş əsasında "Abituriyent" jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılması təmin edilib.

Aprelin 15-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilmiş birinci mərhələsinin nəticələri elan olunub. Hər bir iştirakçı Mərkəzin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olmuşdur. Bundan əlavə, imtahanda istifadə olunmuş sual kitabçaları (mətnlər, tapşırıqlar) və dinləmə mətnlərinin audiofaylları, tapşırıqların izahları DİM-in internet saytında yerləşdirilib.

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya komissiyası fəaliyyət göstərib və müraciətlər araşdırılıb. Apelyasiya komissiyasına ərizə qəbulu 20-22 aprel tarixlərində onlayn şəkildə (DİM-in saytı vasitəsilə) həyata keçirilib. Apelyasiya komissiyasına 435 şagird (bütün imtahan verənlərin 1,09%-i) 1800-ə yaxın tapşırıq (bütün tapşırıqların 0,18%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Qeyd edək ki, xüsusi karantin rejiminə uyğun olaraq apelyasiya prosesi də onlayn təşkil edilib. Belə ki, elektron ərizələrində “Zoom” proqramı vasitəsilə izah almaq istəyən 166 şagirdlə videobağlantı yaradılıb və yazı işləri müzakirə edilib, 260-dan çox şagirdlə isə seçimlərinə uyğun olaraq telefon vasitəsilə müzakirə aparılıb. Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib.

Təhsil Nazirliyinin sifarişinə əsasən ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üzrə növbəti tədris ili üçün nəzərdə tutulan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin elektron variantları ekspert qruplarına göndərilib və onların onlayn qaydada elmi-metodiki monitorinqinə başlanılıb, rəylər hazırlanıb və hazırda bu proses davam edir.

DİM və Britaniya Şurası (British Council) arasında olan əməkdaşlıq çərçivəsində “Qiymətləndirmə ekspertlərinin onlayn təlimi” pilot layihəsi davam edib. DİM-in öz işçiləri və Mərkəzlə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün nəzərdə tutulan “İngilis dili bacarıqlarının qiymətləndirilməsi üzrə beynəlxalq onlayn pilot təlimin I mərhələsi 1-15 mart 2020-ci il tarixlərində həyata keçirilib, II mərhələyə isə martın 30-da start verilib və bu mərhələ aprelin 12-dək davam edib.

Mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində hazırkı vəziyyətlə əlaqədar təhsil ictimaiyyətini maraqlandıran məsələlərə aydınlıq gətirilib, yeni qaydalar haqqında məlumat verilib.

Mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib. Ərizə qəbulu 13-cü ildir ki, onlayn formada həyata keçirilir. Hazırda 68 891 abituriyent ərizəsini təsdiq edib. Statistika göstərir ki, təqribən 99%-ə yaxın abituriyent ərizəsini elektron qaydada özü təsdiq edib.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

Mayın 13-də DİM rəhbərliyi və Britaniya Şurası (British Council) nümayəndələri, mayın 20-də isə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında videokonfrans formasında görüşlər keçirilib.

Mayın 18-dən etibarən DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə vətəndaşların qəbuluna başlanılıb.

18-22 may tarixlərində Dövlət İmtahan Mərkəzində Pearson VUE tərəfindən təqdim olunan 4 beynəlxalq imtahan keçirilib. Bizim test mərkəzimizdə müxtəlif sahələrə aid 100-dən artıq imtahan vermək mümkündür. Bu imtahanların nəticələrinə əsasən bütün dünyada tanınan beynəlxalq sertifikatlar verilir.

May ayı ərzində zal nəzarətçisi sertifikatı almaq istəyən namizədlər üçün onlayn rejimdə təlimlər keçirilib.

Mayın 20-də yeni qaydalara uyğun olaraq 1 mart 2020-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib.

İmtahana hazırlıq işləri davam etdirilib. Belə ki, DİM əməkdaşları tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirilib, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.

Koronavirus (COVID-19) pandemiyasının təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə təhsil sahəsini, o cümlədən buraxılış və qəbul imtahanlarının keçirilməsini tənzimləyən hüquqi-normativ aktlarda müvəqqəti dəyişikliklərin aparılması barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və NK-nın 19 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR