Slimfit
  1. TƏHSİL VƏ KARYERA

DİM: 170 şagirdin 241 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

DİM: 170 şagirdin 241 tapşırıq üzrə qiymətində dəyişiklik edilib
Sakura

DİM: 170 şagirdin 241 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatını açıqlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, 2019-cu il martın 3-ü, 10-u, 17-si və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak edib və şagirdlərin ümumilikdə 3 042 000-dən çox tapşırıq üzrə yazı işi olub.

Bildirilib ki, ümumi yazı işlərinin sayı 3 042 000 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir), ən azı 6084000-dən çox yoxlama işi həyata keçirilib: “İmtahanların nəticələri aprel ayı ərzində elan olunub və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olub. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində 3 martda keçirilən imtahanda iştirak etmiş 37341 nəfərdən 16435 nəfər, 10 martda keçirilən imtahanda iştirak etmiş 39533 nəfərdən 7800 nəfər, 17 martda keçirilən imtahanda iştirak etmiş 32948 nəfərdən 6878 nəfər, 31 martda keçirilmiş imtahanda iştirak etmiş 7759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb”.

Qeyd olunub ki, imtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərib və müraciətlər araşdırılıb: “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29%-i) 4000-dən çox tapşırıq (bütün tapşırıqların 0,13%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15%-i,) cəmi 241 tapşırıq (bütün tapşırıqların 0,008%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 7 şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət edib, amma araşdırma zamanı məlum olub ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 14 şagird ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina edib və ya apelyasiyaya gəlməyib. Bununla belə, onların da ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR