Dərc edildi: Baxış sayı: 710
Dilənçilik edən jurnalist bir saata nə qədər qazandı?
Türkiyəli jurnalist Səma Akbulut dilənçi kimi geyinərək bu “peşə” sahiblərinin qazancı barədə araşdırma aparıb.
“CNN Türk”ün müxbiri eksperimentini cümə günü Fateh məscidinin qarşısında həyata keçirib.
Cümə namazından çıxanlardan pul dilənən jurnalist, həmçinin, detalları da unutmayıb. Belə ki, Akbulut “qucağında körpəsi ilə dilənən ana” obrazını yaradıb. Bunun üçün oyuncaq uşaqdan istifadə edən müxbir onu “Eylül” adlandırıb. Bir saat davam edən eksperimentin sonunda “dilənçi” 82 türk lirəsi (23.5 manat) toplayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət