Slimfit
  1. AZƏRBAYCAN

Dilçilik İnstitutu: Monitorinqlər zamanı materiallarda etik normaların diqqətdə saxlanılması məqsədəuyğundur

Dilçilik İnstitutu: Monitorinqlər zamanı materiallarda etik normaların diqqətdə saxlanılması məqsədəuyğundur
Sakura

Dilçilik İnstitutu: Monitorinqlər zamanı materiallarda etik normaların diqqətdə saxlanılması məqsədəuyğundur

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını artıracaq.

Bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, Prezident Ilham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir:

"Dil bizim xalqımızın diriliyi, onun varlığı deməkdir. Dil cəmiyyətlə bağlıdır. Kütləvi informasiya sahəsində vəzifələrin gerçəkləşməsində dil əsas rol oynayır. İnsanın ətraf aləmlə təmas qura bilməsi üçün həmişə informasiyaya ehtiyacı olub. Mətbuatın artmaqda olan belə faydası dünyagörüşün formalaşmasına təsir göstərdiyi kimi, bu sahə özündə monitorinqlərə də tələbat duyur".

T.Şükürlü əlavə edib ki, bu gün müxtəlif xəbərlərlə insanları bir-birinə yaxınlaşdıran KİV-də nitqin düzgünlüyü, dəqiqliyi, münasibliyi və aydınlığına əməl olunması vacib məsələlərdən biridir:

"Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar həm KİV-də, həm reklamlarda, həm sosial şəbəkələrdə, həm də virtiual reklamlarda insanların ixtiyarındadır. Çünki bu cür mətnlər mürəkkəb deyil, sadə hesab olunur. Bu gün hər bir şəxsin istənilən informasiya almaq üçün geniş imkanları var. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir".

T.Şükürlü hesab edir ki, informasiyanın təhlilinə mətnlərin, dil vahidlərinin çoxluğu ilə deyil, faktların məzmunundan çıxış edərək yanaşmaq lazımdır. Monitorinqlər zamanı təhlilə cəlb olunan materiallarda etik normalar da diqqətdə saxlanılsa, məqsədəuyğun olar.

İnstitut rəsmisinin fikrincə, monitorinqin metodikası, aparılması yolları açıqlanmalıdır: "Monitorinqlərin aparılması üçün monitorlar (müşahidəçilər) seçilməli, müəyyən təcrübə keçməlidir. Monitorinqin nəticələri statistik cəhətdən hesablanmalı, diaqramlarda əks olunmalı, məcmuə şəklində çap olunmalıdır. Monitorinq aparan ekspertlərin, dilçilərin rəyləri müqayisə olunmalıdır. Reklamların və iaşə adlarının, bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır. Yekun rəy onun istifadəsinin məqsədəuyğunluğu və dövlət statndartlarına cavab verməsini müəyyənləşdirməlidir. Monitorinqin nəticələri maarifləndirmə funksiyası daşımalıdır".

T.Şükürlü əlavə edib ki, moniorinqin nəticələri hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq aşılamalıdır: "Təcrübə göstərir ki, monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR