Slimfit
  1. AZƏRBAYCAN

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə start verib

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə start verib
Sakura

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə start verib

 Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verib.

Bu barədə "Report"a Dövlət Komitəsindən bildirilib. 

Qeyd olunub ki, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxlarını Dövlət Komitəsinin rəsmi sosial şəbəkə ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelin 23-də imzaladığı sərəncamla Fuad MuradovAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR