Slimfit
  1. AZƏRBAYCAN

Diaspor Komitəsinin sədri İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Diaspor Komitəsinin sədri İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb
Sakura

Diaspor Komitəsinin sədri İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müriel Peneveyre ilə görüşüb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Avropada yaşayan azərbaycanlıların, müxtəlif ölkələrdəki diaspor təşkilatlarının və Azərbaycandakı icmaların fəaliyyəti barədə danışılıb.

F.Muradov DİDK-də son illər görülən işlər, aparılan diaspor siyasəti haqqında məlumat verib, xaricdə yaşayan və təhsil alan soydaşlarımızın yaşadığı cəmiyyətlərə inteqrasiya olunmaları və eyni zamanda Azərbaycanla da əlaqələrinin möhkəmliyi üçün həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Təmsil etdiyi ölkənin diaspor siyasətindən danışan səfir Müriel Peneveyre qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın genişlənməsi, bu cür fikir mübadilələrinin ardıcıl və sistemli olması mühüm əhəmiyyət kəsb edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR