Slimfit
  1. AZƏRBAYCAN

DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Sakura

DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən ay keçirilməli olan vətəndaş qəbulunun vaxtı sentyabrın 28-nə keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, qəbul 11:00-da kənddə yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında keçiriləcək.

Qəbul zamanı bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsinin "Xudafərin" gömrük postu (əlaqə telefonu: (021) 222-20-08) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR