Slimfit
  1. İQTİSADİYYAT

Dərzilər nə qədər vergi ödəməlidir?

Dərzilər nə qədər vergi ödəməlidir?
Sakura

Dərzilər nə qədər vergi ödəməlidir?

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən bərbərlər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manatdır.

Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

 

220.11.1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) –

10 * 2 = 20 manat

220.11.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində –

10 * 1,5 = 15 manat

220.11.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində –

10 *1 = 10 manat

digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) –

10 * 0,5 = 5 manat

Misal – 1. Əli adlı dərzi bir ayda Bakı, Gəncə, Şirvan, Sabirabadda fəaliyyət göstərib. Bu halda ən böyük əmsal olan ərazinin sabit vergi məbləğini ödəməlidir. Bu halda ən böyük əmsal Bakıda olduğu üçün 20 manat vergi ödəyəcək.

Misal – 2. Nazim adlı dərzi bir ayda Şirvan və Sabirabadda fəaliyyət göstərib. Bu halda ən böyük əmsal Şirvanda olduğu üçün 10 manat vergi ödəyəcək.

Misal – 3. Etibar adlı dərzi bir  ayda  Sabirabadda və onun kəndlərində fəaliyyət göstərib. Bu halda digər rayon (şəhər) və qəsəbələr (kəndlər) kateqoriyasının eyni olduğu üçün 5 manat vergi ödəyəcək.

Misal – 4 . Samir adlı dərzi bir ayda Şirvanda və onun qəsəbəsi olan Bayramlıda fəaliyyət göstərib. Baxmayaraq ki, Bayramlı Şirvan şəhərinin tərkibindədir o digər rayon (şəhər) və qəsəbələr (kəndlər) kateqoriyasına aid olduğundan həmin kateqoriyanın əmsalına aiddir. İki kateqoriya arasında ən böyük əmsal Şirvanda olduğu üçün 10 manat vergi ödəyəcək.

Misal – 5. Sahib adlı dərzi bir ayda Bakı şəhərində və Bakının Binəqədi qəsəbəsində fəaliyyət göstərib. Binəqədi qəsəbəsi Bakının tərkibində olduğu üçün və Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) kateqoriyasına aid olduğu əmsal eynidir.  Əmsal eyni olduğu üçün  20 manat vergi ödəyəcək.

Misal – 6. Arif adlı dərzi bir ayda Xırdalan şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərib. Burada Xırdalan Abşeron rayonuna aid olduğuna baxmayaraq  yəni onun mərkəzi olduğuna baxmayaraq, kateqoriyalar fərqlidir. Ən böyük əmsal Xırdalanda olduğu üçün 15 manat  vergi ödəyəcək.

Misal – 7. Ağabala adlı dərzi bir ayda Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərir.  Əmsal 3 region üzrə eyni olduğundan, 15 manat vergi ödəyəcək.

Vergiləri ayın əvvəlində ödəmək lazımdır. Sabit vergi ödəyiciləri bəyannamə verməkdən azaddılar. Şəxs xəstələndikdə, işə çıxmadıqda və gəliri olmadıdıqda belə yuxarıda ona aid olduğu məbləği ödəməlidir.

Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən:

221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti (vergi orqanından) orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

221.8.6. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirir:

221.8.6.1. vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;

221.8.6.2. vergi ödəyicisinin VÖEN-i;

221.8.6.3. qəbzin qüvvədə olma müddəti;

221.8.6.4. fəaliyyətin həyata keçirildiyi ərazi;

221.8.6.5. ödənilmiş verginin məbləği;

221.8.6.6. fəaliyyətin adı.

221.8.7. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisində saxlanılır. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

221.8.8. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənarda bu fəaliyyət üzrə göstərilən xidmətlərə görə əldə etdiyi gəlirləri bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydada müvafiq vergilərə cəlb edilir.

221.8.9. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddəsində müəyyən olunan fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar.

221.8.10. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR