Slimfit
  1. AZƏRBAYCAN

Dərs başlasa da, bu yol hələ də təmir olunur

Dərs başlasa da, bu yol hələ də təmir olunur
Sakura

Dərs başlasa da, bu yol hələ də təmir olunur

Qabaqlayıcı tədbirlərin görülməsinə, sürücü və valideynlərə xəbərdarlıq olunmasına baxmayaraq builki tədris ilinin də ilk günü tıxacsız ötüşməyib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin əsas prospekt və yollarında yaranmış süni sıxlığın səbəblərindən biri valideynlərin məktəb və ətrafı ərazilərdə avtomobillərini saxlamaq üçün dayanma durma qaydalarına riayət etməməsi olsa da, digər səbəbi məktəb sezonunun açılmasına az qalmış yollarda təmir işinin başladılmasıdır. 

Sürücülər daha çox  Xırdalan şəhəri, Heydər Əliyev prospekti, NZS qəsəbəsinin mərkəzindən keçən əsas yoldan gileylidir. Belə ki, paytaxtın iki böyük prospekti olan Nobel ilə Babəki birləşdirən yolun təmir olunması ərazidə ictimai nəqliyyatın fəaliyyətini çətinləşdirib, ərazidə sıxlığın yaranmasına səbəb olub.

Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında bildirmişdi ki, yol yatağında çökmüş hissələr tam şəkildə çıxarıldıqdan sonra əks dolğu işləri həyata keçiriləcək. Yola ikiqat olmaqla yeni asfalt örtüyü döşənəcək.

Yolda təmir işərinin 1 ay çəkməsi planlaşdırılıb.

 


 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR