Slimfit
  1. AZƏRBAYCAN

Dərmanların satış qiymətləri təsdiqləndi

Dərmanların satış qiymətləri təsdiqləndi
Sakura

Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə…

Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə növbəti qərar verib.

Qafqazinfo”nun məlumatına görə, “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq, Tarif (qiymət) Şurası dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixlərini təsdiq edib.

Bu qərarla təsdiq edilmiş əlavə Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

Qərar imzalandığı gündən – 2019-cu il 11 yanvardan qüvvəyə minir.

Qiymətlərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

 

  
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR