Slimfit
  1. DİN

Dərman qəbulu orucu pozur?

Dərman qəbulu orucu pozur?
Sakura

İlahiyyatçıdan cavab

Sağlamlığı imkan verməyən şəxsin oruc tutması günahdır.

Oruc tutmaq sağlamlıq üçün çox faydalıdır. Bəzi hallarda oruclu şəxsin səhhətindəki narahatlıq dərman qəbuluna şərait yarada bilir.

Maraqlıdır ki, oruclu halda dərman qəbul etmək olarmı? 

İlahiyyatçı Elşən Sultanzadə Redaktor.az-a açıqlamasında bildirib ki, dərman qəbulu orucu pozur:

“Oruc vaxtı həb (tablet), sirop və burundan qəbul edilən dərmanları istifadə etmək orucu pozur. Orucu pozulan şəxs Ramazan ayından sonra 1 gün qəza orucu tutmalıdır. Ramazan ayının qəzası günəgün olmalıdır”.

İlahiyyatçı onu da qeyd edib ki, iynə vurdurmaq bəzən orucu poza bilər:

“Bəzi hallarda oruclu şəxsin iynə vurdurması orucu poza bilər. Məsələn, bədəni qidalandıran və qüvvətləndirən protein iynələrinin vurulması orucu pozur. Çünki insan oruclu halda həmin iynəni vurdurmağa məcbur deyil. Müalicə məqsədli iynə isə bədənə ziyan yetirmədən, çox qan çıxmaması şərti ilə vurula bilər. Yəni, oruclu halda ağrıkəsici və ya müalicəvi iynələrin vurulması qadağan deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR