Slimfit
  1. TEXNOLOGİYA

Dərinin sağlamlıq vəziyyətinin diaqnostikası üçün sensor təqdim olunub

Dərinin sağlamlıq vəziyyətinin diaqnostikası üçün sensor təqdim olunub
Sakura

Dərinin sağlamlıq vəziyyətinin diaqnostikası üçün sensor təqdim olunub

Ətriyyat və kosmetika bazarında dünya lideri olan fransız şirkəti “L'Oréal” dərinin turşluq dərəcəsini göstərən unikal sensor hazırlayıb. “My Skin Track pH” sensoru dünyanın ən böyük informasiya texnologiyaları sərgisi – “CES 2019”da təqdim edilib.

Məlumdur ki, sağlam insanda dərinin hidrogen göstəricisi təxminən 5,5-ə bərabərdir. Göstəricinin yuxarı və ya aşağı olması dərinin həddindən artıq quru və ya yağlı olduğunu bildirir. Anormal turşu-qələvi balansı, həmçinin dərinin ekzema və dermatit də daxil olmaqla, müxtəlif dəri xəstəliklərinə meyilli olduğundan xəbər verə bilər.

meddaily.ru saytının mlumatına görə, dermatoloqlar bir qayda olaraq, turşluq dərəcəsini pasiyentin tərini analiz edərək müəyyənləşdirirlər. Lakin artıq bunu pasiyent özü evdə cəmi 15 dəqiqəyə təyin edə bilər. Daşınan sensor turşluq dərəcəsindən asılı olaraq, rəngini dəyişdirir. Toplanmış məlumatlar smartfona ötürülür və xüsusi mobil proqram istifadəçiyə problemlə bağlı lazımi tövsiyələr verir.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR