Dərc edildi: Baxış sayı: 900
Dərdiçox - Olar deyə
Hər gün könlüm ister səni görməyi
Qorxuram arada söz olar deye.
Ala gözlüm sənə umud tutaram
Gözəlin iqran tez olar deyə.
Məni öldürəcək dərdin, ələmin,
Duyduqca dilindən dädlı kəlamın,
Göndər gələn ilə quru salamın,
Çəkinmə boşuna az olar deyə.
Heçmi xebərin yox olan işlərdən,
Yatamıram qara-qara duşlardan.
Səni qısqanıram uçan quşlardan
Gözəlsən sevdiyim, göz olar deye.
Cilvələnir, yar qarşımda dururdun,
Perçimindən bərgüzarlar verirdin,
Məni görsən əlvan-elvan yürürdün,
Görsən Dərdiçoxa naz olar deyə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət