Slimfit
  1. SİYASƏT

Deputatlar üçün hədiyyə məhdudiyyəti

Deputatlar üçün hədiyyə məhdudiyyəti
Sakura

Deputatlar üçün hədiyyə məhdudiyyəti

Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərdən sonra 125 deputatlığa namizəd hakimiyyətin qanunverici qanadında təmsil olunmaq hüququ qazanacaq.

Oxu.Az mövzunun akuallığını nəzərə alaraq, Milli Məclisin deputatlarının necə fəaliyyət göstərməsi ilə bağlı yazıları davam etdirir.

Bu dəfə Milli Məclisin deputatlarının etik davranış qaydaları barədə bəzi məqamları diqqətə çatdıracağıq.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 9-cu maddəsinə nəzər yetirək.

Həmin maddə korrupsiyanın qarşısının alınması ilə əlaqədardır. Qeyd olunur ki, deputat qanunsuz maddi və sair nemətlərdən, imtiyaz və ya güzəştlərdən imtina etməlidir.

Deputat onun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz maddi və sair nemətlər, imtiyazlar, güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Maddi və sair nemətlər, imtiyazlar, güzəştlər müqabilində Milli Məclisdə müzakirə edilən məsələlərlə bağlı hər hansı formada dəstək, etiraz ifadə edilməsi yolverilməzdir.

Həmin qanunun 10-cu maddəsi deputatların hədiyyə alması ilə bağlı qoyulan məhdudiyyətləri özündə ehtiva edir.

Deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən, bu cür təsir təəssüratı yaradan, vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri bu qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləği (55 manat) keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz. Habelə, bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir.

Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam komissiyasına bildirməlidir.

Deputatlar 55 manat məbləğindən yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR