Slimfit
  1. İQTİSADİYYAT

Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılar

Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılar
Sakura

Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılar

Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.

Oxu.Az xəbər verir ki, deputat minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib:

“Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə süd məhsullarının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə  işbazlar qiyməti qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyəti strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Deputat Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsindən danışıb.

O qeyd edib ki, bu gün məhkəmələrdə 200 mindən artıq kreditlərlə bağlı iş var:

“Bunların böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verməsini istərdim”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR