Slimfit
  1. SİYASƏT

Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin qətiyyətli siyasətinin növbəti təsdiqidir

Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin qətiyyətli siyasətinin növbəti təsdiqidir
Sakura

Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin qətiyyətli siyasətinin növbəti təsdiqidir

Son hadisələr bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana yalnız uğur qazandırır.

Ens.Az-ın məlumatına əsasən,bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik siyasəti nəticəsində Azərbaycan davamlı olaraq uğurlar qazanıb: “Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə nailiyyətlərimizin zirvəsini təşkil edir. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verib, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr neytrallaşdırılıb. Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir”.

Deputat qeyd edib ki, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür: “44 günlük müharibədə qələbə qazanaraq və Qarabağda separatizmin kökünü kəsərək yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bugünlərdə Rusiya sülhməramlı kontingentinin ərazilərimizdən çıxarılmasına başlanması isə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin təsdiqidir. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatında sülhməramlıların 2025-ə qədər müvəqqəti olaraq yerləşdirilməsi nəzərdə tutulurdu. Onların bölgəyə müvəqqəti yerləşdirilməsi bəndini məhz Prezident İlham Əliyev israr etmişdi. Artıq Qarabağ mövzusu bağlanıb, ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponenti də yoxdur. Münaqişənin həllindən sonra Rusiya anladı ki burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır. Bir sözlə, son hadisələr də dövlətimizin başçısı tərəfindən bütün addımların zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi atılmasının nəticəsi olduğunu təsdiqləyir. Bu yaxınlarda işğaldan azad edilmiş ərazilərimizə səfər etmişdik. Xudavəng məbədinin qarşısında rus sülhməramlılarını görərkən, içimizdə belə bir hiss yarandı ki, onların tezliklə ərazilərimizi tərk edəcəyi gün uzaqda deyil”.

Fatma Yıldırım nəzərə çatdırıb ki, sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “Rus sülhməramlılarının 2025-ci ilə qədər qalmasına zərurət yox idi. Ona görə də, belə bir qərarın verilməsi tamamilə doğrudur. Bu qərar ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinin sağlam əsaslarla qurulmasının göstəricisidir. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış müttəfiqlik haqqında bəyannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyünə dəstək və s. məsələlər öz əksini tapır. Rus sülhməramlılarının Azərbaycandan vaxtından tez çıxması da məhz Azərbaycanla Rusiya arasında normal münasibətlərin mövcud olmasını təsdiqləyir. Xüsusilə ölkə rəhbərləri arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Bu nöqteyi-nəzərdən də, iki ölkənin ali rəhbərliyi müvafiq qərar verib. Düşünürəm ki, iki ölkə arasında mövcud olan yaxşı münasibətlər sülhməramlıların çıxarılmasından sonra daha da güclənəcək. Bu qərar, həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Son hadisələr bir daha təsdiqlədi ki, uzaqgörən və düşünülmüş siyasət Azərbaycana yalnız uğur qazandırır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR