Slimfit
  1. CƏMİYYƏT

Deputat Ramiz Mehdiyevdən istefa verməyi tələb etdi

Deputat Ramiz Mehdiyevdən istefa verməyi tələb etdi
Sakura

Deputat Ramiz Mehdiyevdən istefa verməyi tələb etdi

“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir”.

Ens.az Modern.az-a istinadən xəbər verir ki,bu tələblə Milli Məclisin deputatı Etibar Əliyev çıxış edib.

Deputat bu hərəkəti ölkə vətəndaşları üçün pis örnək hesab edir:

“Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir. Və Dövlətin qanunlarına birbaşa sayğısızlıqdır...”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin dünən keçirilmiş toyu gündəmin əsas müzakirə mövzularından biri olub.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb. 

Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub. Toyun sosial şəbəkələrdə yayılan videosundan görünür ki, qonaqlardan heç kim maska taxmayıb, sosial məsafə gözlənilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR