Slimfit
  1. SİYASƏT

Deputat: "Laçın nəinki Azərbaycanın, dünyanın ən müasir və cəlbedici regionlarından birinə çevriləcək"

Deputat: "Laçın nəinki Azərbaycanın, dünyanın ən müasir və cəlbedici regionlarından birinə çevriləcək"
Sakura

Deputat: "Laçın nəinki Azərbaycanın, dünyanın ən müasir və cəlbedici regionlarından birinə çevriləcək"

"Şərqi Zəngəzurun qapısı sayılan və böyük strateji əhəmiyyətə malik Laçında görülən tikinti, quruculuq, abadlıq işləri regionun tez zamanda sürətlə inkişaf edəcəyinə zəmin yaradır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Laçına səfəri, orada bir sıra obyektlərin açılışı, təməlinin qoyulması, insanlarla görüşlər, kəçirilən tədbirlər və atəşfəşanlıq bunu deməyə əsas verir. Laçınlılar öz ata-baba yurdlarına qayıdırlar. 1000-ə yaxın Laçın sakini artıq şəhərdə məskunlaşıb. İlin sonunadək 900 ailə üçün yeni evlərin hazır olacağı nəzərdə tutulub. Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü"nün bayram kimi təntənəli qeyd edilməsi, tədbirlərə ölkə rəhbərinin, ali qonaqların qatılması xalqımızın qalibiyyət sevincinin ifadəsi olmaqla bərabər, həm də düşmənə gözdağı oldu".

Ens.Az-ın məlumatına görə,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

"Bu günə kimi Laçında 700 bina inşa edilib. Avqustun 25-də Laçın rayonunda 2 saylı məktəbin əsaslı təmirdən sonra açılışı oldu. Həmin gün şəhərə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyuldu. "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı oldu".

Deputat bildirib ki, Laçın rayonu kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir: "Burada heyvandarlığın, balıqçılığın, arıçılığın, turizmin inkişafı sahəsində imkanlar genişdir. Buna görə ölkə rəhbərinin tapşırıqları əsasında mühüm layihələrin hazırlanmasına və həyata keçirilməsinə başlanılıb. Görülən genişmiqyaslı quruculuq işləri deməyə əsas verir ki, Laçın bir neçə il ərzində nəinki Azərbaycanın, dünyanın ən müasir və cəlbedici regionlarından birinə çevriləcək. Cənab Prezident İlham Əliyev bunu öz çıxışlarında bir neçə dəfə qeyd edib. Bu isə hər bir vətəndaşda qürur hissi oyadır, insanların qələbələrə inamını artırır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR