Dərc edildi: Baxış sayı: 495
Deputat bələdiyyələrlə bağlı baş nazirə müraciət etdi
“Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsində nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib.
O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir.
“Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”, - deyə K.Bayramov əlavə edib.
Millət vəkili Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair qərar mümkün qədər tez qəbul olunsun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət