Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Banklarda faiz dərəcələri aşağı salınmalıdır

Deputat: Banklarda faiz dərəcələri aşağı salınmalıdır
Sakura

Azərbaycan büdcəsinin ildən-ilə artması üçün artıq ölkədə hər cür şərait var. Yəni, ölkədə həyata keçirilən…

Azərbaycan büdcəsinin ildən-ilə artması üçün artıq ölkədə hər cür şərait var. Yəni, ölkədə həyata keçirilən iqtisadi islahatlar, dinamik inkişaf büdcənin artmasına imkan və şərait yaradır.

Oxu.Az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) plenar iclaslarının büdcə müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

O bildirib ki, ölkədə həyata keçirilməsi nəzərdə tutulan növbəti vergi dəyişiklikləri də həm ölkənin iqtisadi inkişafına, həm büdcənin artmasına imkan yaradacaq.

Millət vəkilinin sözlərinə görə, bir çox ölkələrdə neft emalı qeyri-neft sektoruna daxil edilsə də, Azərbaycanda bu edilmir:

“Axı, bizim neft zavodlarımız, neft-kimya sənayesi komplekslərimiz var. Bu, əslində, ölkənin siyasi-iqtisadi təhlükəsizliyi deməkdir. Belə olduğu halda isə bizdə hələ də neft emalı qeyri-neft sektoruna daxil edilmir. Hesab edirəm ki, bu haqda artıq ciddi fikirləşilməlidir”.

Z.Səmədzadə qeyd edib ki, enerji sistemi ölkənin müstəqilliyinin açarıdır:

“Ona görə ölkənin enerji təminatı sahəsində görülən işlər daha da sürətləndirilməlidir. Artıq bu istiqamətdə uğurlar göz önündədir”.

Komitə sədrinin bildirdiyinə görə, pullu xidmətlərlə pulsuz xidmətlər arasında optimal nisbət olmalı və təmin edilməlidir.

“Bununla yanaşı, aqrar sahədə görülən işlər çox böyük dinamikadan xəbər verir. Təsadüfi deyil ki, büdcədə aqrar sektora 1,6 milyard manat vəsait nəzərdə tutulur. Bəzən deyirlər ki, subsidiyalar kəsilməlidir. Axı, niyə? Subsidiyalar davam etdirilməlidir”, - deyən Z.Səmədzadə çıxışında sahibkarlığın inkişafına toxunub və sahibkarlığın inkişafında hələ də problemlərin, əngəllərin qaldığını, onların aradan qaldırılmasının vacib olduğunu dilə gətirib:

“Həmçinin, ölkənin bank sistemində problemlər qalmaqdadır. Biz bankların fəaliyyətindən razı qala bilmərik. Banklar real iqtisadiyyatı kifayət qədər maliyyələşdirmir. Bizdəki bank faizləri dünya ölkələrindəki bank faiz dərəcələrindən xeyli yüksəkdir. Yaxın 2-3 il ərzində bu faiz dərəcələrinin aşağı salınmasına çalışmaq lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR