Slimfit
  1. MEDİA

Deputat: 'Azərbaycan pandemiya ilə mübarizəyə tez və asan adaptasiya oldu'

Deputat: 'Azərbaycan pandemiya ilə mübarizəyə tez və asan adaptasiya oldu'
Sakura

Deputat: 'Azərbaycan pandemiya ilə mübarizəyə tez və asan adaptasiya oldu'

"Azərbaycanda koronavirus xəstələri daim dövlət nəzarətində tibb müəssisələrində müalicə alır. Bir çox dünya ölkələrinin praktikasına baxsaq, görərik ki, bu infeksiyaya yoluxmuş xəstələrin adətən evdə müalicə olunmağı tövsiyə olunur və ağırlaşdıqdan sonra xəstəxanaya aparılır. Bu da xeyli itkilərə gətirib çıxarır. Müalicənin ev şəraitində getməsi həm digər ailə üzvləri, həm də xəstənin özü üçün böyük təhlükədir".

Ens.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, pandemiyanın ilk dalğasında dünya dövlətləri təşviş içində idi:

"Görürdük ki, virusdan həyatını itirənlər xəstəxanaya müraciət etsə də, "evdə qalın", "müalicə olunun" tövsiyələri verilirdi və səhəri gün artıq yoluxmuş şəxs vəfat edirdi. İnfeksiyanın ilk mərhələsində xəstələrin çox olması həkimlərdə də qorxu hissi yaratmışdı. Artıq qismən də olsa, proses nəzarətə alınıb. Ölkəmizdə isə elə ilk müraciət edən xəstələr ailə üzvləri ilə birlikdə karantinə alındı, xəstəxanaların tikintisinə tez bir zamanda başlanıldı və tibbi ləvazimatlar gətirildi. Bunlarla yanaşı, ölkə daxilində də istehsal başlanıldı. Bütün bu amillər itki sayının maksimum az olması üçün qabaqlayıcı tədbirlər idi və demək olar ki, buna müəyyən dərəcədə nail olmuşuq. Ölkəmiz tibb sahəsində dünyada marka olan dövlətlərdən qat-qat az itki ilə ön sıralardadır. Təbii ki, xəstəliyin qarşısı tam alınmayıb, hələ vaksin üzərində işlər gedir".

Müşfiq Cəfərovun fikrincə, epidemiya dövründə digər bir vacib məsələ də miqrantlarla və xarici vətəndaşlarla bağlı idi: "Dünyanın böyük ölkələri pandemiyanı hiss edən kimi miqrantlara ölkələrinə qayıtması çağırışları etdilər. Bəs bu proses Azərbaycanda necə getdi? Hər bir xarici vətəndaş öz istəyi ilə ölkəsinə göndərildi. Təkcə koronavirusla bağlı deyil, səhhətlərində başqa problemləri olan şəxslər də dövlətimizin qayğısı ilə əhatə olundular".

Milli Məclisin üzvü bildirib ki, ümumiyyətlə, Azərbaycan pandemiyay ilə mübarizəyə tez və asan adaptasiya oldu: "Buna prosesin inkişaf etmiş ölkələrlə müqayisəsi sübutdur. Avropa ölkələri infeksiyaya yoluxanların müalicəsini sığorta sisteminə əsasən həyata keçirdi. Bu da miqrantların, xarici vətəndaşların müalicəsində ciddi problemlər yaratdı. Ölkəmiz isə hər zaman yardıma ehtiyacı olanın yanında oldu".

O söyləyib ki, dünyada yayılan koronavirus infeksiyası insanları planlarını dəyişərək ölkələrinə qayıtmağa məcbur etdi: "Xaricdə təhsil alan, müvəqqəti yaşayan, turistik və digər məqsədlərlə səfərdə olan azərbaycanlıların bir çoxu da vətənə dönməyə çalışdılar. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi üçün çarter reysləri təşkil edildi. Təxliyə prosesi ilk olaraq vətəndaşlarımızın sıx olduğu ölkələrdən başlayıb. İlk olaraq həssas kateqoriyaya daxil olan yaşlılar, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük verildi. Qeyd edim ki, Azərbaycan hökuməti ölkəyə qayıtmaq üçün müraciət edən vətəndaşları çarter reysləri vasitəsilə pulsuz təxliyə etdi. Hazırda da təxliyə prosesi hələ də tam başa çatmayıb və mərhələli şəkildə davam etdirilir".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR