Dərc edildi: Baxış sayı: 369
Depressiya ilə mübarizə aparan cihazlar satışa çıxarıldı
Böyük Britaniyada depressiya ilə mübarizədə kömək edəcək cihazlar satışa çıxarılıb. Onlar zəif eletrik boşalması ilə xəstəliyin simptomlarını yüngülləşdirəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “New Scientist” yazıb.
Yenilik qeyri-invaziv müalicə üsulu tətbiq edir – dəriyə cərrahi müdaxilə olunmur. Zəif elektrik boşalması beynin ön hissə nahiyəsini stimullaşdıracaq.
Qadjetin çalışması üçün telefona “virtual terapevt” mobil əlavəsini yükləmək lazım olacaq. Cihazdan isə 6 həftə ərzində hər seansı 30 dəqiqə olmaqla 18 dəfə istifadə olunmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət