Slimfit
  1. AZƏRBAYCAN

Departament direktoru: "Bir çox daş karxanalarının sahibləri və istismarçıları cərimələnib"

Departament direktoru: "Bir çox daş karxanalarının sahibləri və istismarçıları cərimələnib"
Sakura

Departament direktoru: "Bir çox daş karxanalarının sahibləri və istismarçıları cərimələnib"

"Bir çox daş karxanalarının sahibləri və istismarçılarına qarşı cərimələr tətbiq olunub".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bu gün keçirilən mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın səbəblərindən biri də paytaxtın ətrafındakı daş karxanalarıdır: "Bununla bağlı Nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur. Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir. Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur. Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR