“Dəniz kuboku - 2018” müsabiqəsində iştirak edəcək gəmilər məşqlərə başlayıb
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Qeyd edək ki, iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət