Slimfit
  1. ƏDƏBİYYAT

Dəniz boyda sevgim...

Dəniz boyda sevgim...
Sakura

Dəniz boyda sevgim...

Gənc yazar Əyyub Məmmədovun

şeiri Türkiyədə dərc olunub

 Jurnalist, publisist, şair Əyyub Məmmədovun “Dəniz boyda sevgim” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen”  dərgisinin ( http://www.kardelendergisi.com/yazi.php?yazi=2972) 105-ci sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının şair və yazıçılarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə...” devizi ilə üç aydan bir nəşr olunur. 

Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

 

Dəniz boyda sevgim...

 

Gəlmişəm yenə də dəniz seyrinə,

Qəmli fikirlərlə həsrət ötürüm.

Baxıram dənizin ucqar yerinə

Deyirəm təəssüf mənim sevgimə.

 

Bir vaxtlar dənizi birlikdə sevdik

Gəlib kənarında, qışı yay etdik.

İndi bu yerlərə yalnız gəlirəm

Çılğın dalğalarla köks ötürürəm.

 

Gələrdik dənizə görüşmək üçün

Qol-boyun olub, sarılmaq üçün.

İndi tək-tək gedirik, düşünmək üçün

Oturub kənarda ağlamaq üçün

 

Dəniz boyda sevgim, deyərdin mənə

Mən də can deyib, baxardım sənə

İndi bu sularda üzün görünür,

Böyük ləpələrdə səsin duyulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR