Slimfit
  1. CƏMİYYƏT

Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? Sakinlərlə qarşıdurma

Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? Sakinlərlə qarşıdurma
Sakura

Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? Sakinlərlə qarşıdurma

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin yaxınlığında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun adından istifadə olunmaqla obyekt tikilir.

"Yeni Sabah" xəbər verir ki, kompleksdə yaşayan sakinlər buna etiraz etsələr də, tikinti davam etdirilir.

Ərazidə tikinti işlərinə rəhbərlik edın şəxslər deyir ki, onlara heç kim, heç nə deyə bilməz, çünki razılığı onlara Cavid Qurbanov verib. Məsələ ilə bağlı Criminal.az saytı Cavid Qurbanovun rəhbərlik etdiyi ASC-nin mətbuatla əlaqələrə cavabdeh şəxsi Natəvan Bayramova ilə əlaqə saxlayıb. Xidmət rəhbəri məsələ ilə bağlı açıqlama veriləcəyini bildirib.

 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudova da məsələ ilə bağlı məlumat verilib.

Qeyd edək ki, hazırda sürəkli şəkildə tikinti aparılan ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Həmin zolaqda ötən il yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkiblər. Lakin Cavid Qurbanovun adından əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarmışdılar. Hərəkətlərinə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR