Slimfit
  1. AZƏRBAYCAN

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül-Qobustan qəsəbəsində

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül-Qobustan qəsəbəsində
Sakura

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül-Qobustan qəsəbəsində

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası növbəti dəfə Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsinin sakinləri üçün keçiriləcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, təşkil olunacaq kampaniyanın mobil ofisləri Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan icra nümayəndəliyinin yanında) ünvanında fəaliyyət göstərəcək. Qəsəbə sakinləri sentyabrın 10-14-də 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı operativ qeydiyyat xidmətləri üçün müraciət edə bilər.

Vətəndaşa yönəlik sosial kampaniyaların reallaşması hər kəsin qanunvericiliyə uyğun olaraq mülkiyyət hüquqlarından daha geniş və rahat şəkildə yararlanmasını təmin edir. Əlçatanlıq və məmnunluq prinsplərinə əsaslanan daşınmaz əmlakın bütün qeydiyyat xidmətləri vətəndaşların olduğu məkanda göstərilir.

Kampaniya başladığı vaxtdan Abşeron rayonu üzrə 8 qəsəbənin (Ceyranbatan, Saray, Məmmədli, Digah və digərləri) sakinlərini səyyar şəkildə yüksəkkeyfiyyətli xidmətlərlə təmin edib. Sosial əhəmiyyətli layihə çərçivəsində 650-ə yaxın vətəndaş müraciətinin qəbul edilməsinə nail olunub. Hər bir müraciətə komitə əməkdaşları tərəfindən həssaslıqla yanaşılıb, sakinlərə qanunvericiliyə uyğun olaraq xidmətlər göstərilib.

Hazırda kampaniya Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1 (qəsəbə icra nümayəndəliyinin qarşısı) ünvanında fəaliyyət göstərir. Sakinlər mobil ofislərə yaxınlaşaraq, daşınmaz əmlakla bağlı xidmətlərdən yararlana bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR