Slimfit
  1. İQTİSADİYYAT

Daşınmaz əmlakın icbari sığortası: Əhaliyə bildiriş göndərən kimlərdir?

Daşınmaz əmlakın icbari sığortası: Əhaliyə bildiriş göndərən kimlərdir?
Sakura

Daşınmaz əmlakın icbari sığortası: Əhaliyə bildiriş göndərən kimlərdir?

2011-ci ildən bu tərəfə Azərbaycanda hər bir daşınmaz əmlak icbari qaydada sığortalanmalıdır. Lakin, geridə qoyduğumuz 9 il ərzində buna tam əməl edilməyib, bir çox hallarda isə əhali bundan xəbərsiz olub, buna görə aidiyyəti orqan olan yerli inzibati qurumlar heç bir qapı döyməyib.

Yola saldığımız son rübü ərzində artıq bir KİV vasitəsi ilə kütləyə çatdırlıldı ki, əmlakınız icbari qaydada sığortalanmasa da cərimə tətbiq olunacaq. Bu əhali arasında rəsmi qaydada qeydiyyata alınmayan əmlak sahiblərindən başqa hər bir şəxsi narahat etməyə başladı. Bir çox hallarda isə oxucularımız [Banker.az] bununla bağlı onlara bildiriş gəldiyini bildirirlər.

Lakin, bildirməliyik ki, bununla bağlı hansı yerli icra orqanın bildiriş göndərmə və ya cərimə tətbiq olunması hüququnun olması tam olaraq hansı səlahiyyətli şəxsə məxsus olması rəsmi olaraq bilinmir. Yəni bununla bağlı hər hansısa vahid bir mexanizm yoxdur. Məlum olan isə bu bildirişi göndərən sığortaçı, yəni, sığorta şirkətləridir ki, bu da onların səlahiyyəti xaricindədir. Əslində, sığorta şirkəti sığortalayır (haqq alır) və sığorta hadisəsinə görə haqq ödəyir. Bu şirkətlər bir çox hallarda sadəcə bazada ajiotaj yaradaq satış imkanlarını böyütmək niyyətindədirlər.

Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır.

Hazırda ölkədə daşınmaz əmlakın icbari qaydada necə hesablanması haqda ötən həftə dərc etdiyimiz yazıda məlumat vermişdik.

Bu sığorta üzrə cərimə tətbiqi İnzibati Xətalar Məcəlləsinin 469.1-ci bəndində qeyd edilir və bəndə əsasən fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Ölkədə cərimənin bir çox ekspertlər hələ ki, mümkün olacağını mümkün saymır.

Qanunda digər bir ciddi problem yaradan məsələ isə vahid tarifin tətbiqidir. Məsələn, Bakı şəhərində elə daşınmaz mülk var ki, onun sığortalanması bəzən hazırkı tarifi 4-dəfədən çox üstələyir. Yəni 40 min manatlıq ev ilə 1 milyon manatlıq bir əmlakın eyni tariflə sığortalanması nə qədər realdır, hansı təcrübəyə əsaslanır.

Əksər maliyyə-sığorta ekspertləri yenidən qanunvericiliyin bununla bağlı maddələrinə redaksiya verilməsini qaçılmaz sayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR