Dərc edildi: Baxış sayı: 593
:0
Danimarkada elektrik enerjisinin təqribən yarısı külək elektrik stansiyalarının hesabına istehsal edilir
Ötən il Danimarka elektrik enerjisinə ehtiyacının təqribən yarısını külək energetikasının hesabına təmin edib. Bu, yeni rekord nəticədir.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, 2019-cu ildə Danimarkada elektrik enerjisinə istehlakın 47 faizi külək enerjisinin payına düşüb.
Beləliklə, külək energetikasının payı əhəmiyyətli dərəcədə artıb. Xatırladaq ki, 2018-ci ildə müvafiq göstərici 41 faiz idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət