Dərc edildi: Baxış sayı: 389
Danimarka 25 il sonra xalis neft idxalçısı olacaq
Danimarka 25 il sonra xalis neft idxalçısı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyi məlumat yayıb. Bildirilir ki, 2017-ci il Danimarkanın istehlak etdiyindən daha çox neft çıxardığı son il olub. Danimarkanın 2018-ci ildən etibarən qarşıdakı 25 il ərzində neft ixracatçısı ölkədən xalis neft idxal edən ölkəyə çevriləcəyi gözlənilir.
“Ölkə 2018-ci ildən etibarən neft idxalçısı olmağı planlaşdırır. Lakin Danimarka hələ 2035-ci ilə qədər neft ixracatçısı kimi qalacaq”, - deyə agentlik qeyd edir.
Danimarka 1993-cü ildən etibarən Avropa İttifaqında xalis neft-qaz ixrac edən yeganə ölkədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət