Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar
Sakura

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar

Damarların xroniki xəstəliyi olan ateroskleroz ürək-damar sisteminin əsas səbəblərindən biridir.

Ateroskleroz zamanı damarların daxilində "pis" xolesterin və kalsium yığılır ki, damarlar daralır, sərtləşir. Bunun nəticəsində damarların yırtılması, tutulması riski artır. Əgər beyin və ya ürək damarı tutular və ya yırtılarsa, bu infarkt və ya insultun inkişafına səbəb olacaq.

Təəssüf ki, uzun müddət ərzində ateroskleroz özünü büruzə vermir.

Amerika alimləri araşdırma zamanı aşkar ediblər ki, kaliumla zəngin olan məhsulların tez-tez istehlakı aterosklerozun inkişafını xeyli ləngidir, damarları qoruyur.

Əksinə isə kaliumun qidalanmada çatışmazlığı damarlarda patoloji dəyişikliklərin inkişafını daha da tezləşdirir.

Araşdırmanın nəticələrini nəzərə alaraq alimlər inlanlara damarları qorumaq məqsədi ilə kaliumla zəngin olan məhsulları qidalnamaya tez-tez daxil etməyi tövsiyə edir.

Saglamolun.az xəbər verir ki, belə məhsullar arasında: ərik qurusu, lobya, noxud, mərci, kişmiş, qara gavalı, badam, qoz, banan, kartof, xurma, ispanaq, zoğal.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR